×
A
A
A
Sazlamalar

“Arsenal” İngiltərə Premyer Liqasında ikinci qələbəsini qazanıb

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-də İngiltərə Premyer Liqasının ikinci turuna “Arsenal” – “Börnli” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, birinci turda səfərdə “Nyukasl” klubunu məğlub edən (0:1) “Arsenal” ikinci turda “Börnli”ni qəbul edib. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal” 13-cü dəqiqədə Aleksander Lakazetin qolu ilə hesabı açıb. Fasiləyə iki dəqiqə qalmış “Börnli”nin heyətində Eşli Barnes tarazlığı bərpa edib. Fasilədən sonra londonlular yenidən hesabda irəli çıxıblar. Matçın 64-cü dəqiqəsində Pyer-Emerik Obameyanq adını tabloya yazdırıb – 2:1.
Qalan dəqiqələrdə hesab dəyişməyib və “Arsenal” Premyer Liqanın ikinci turunda da qələbə qazanaraq xalların sayını 6-ya çatdırıb.
Turun qalan oyunları avqustun 17-də, 18-də və 19-da keçiriləcək.

İdman 2019-08-17 18:01:00