×
A
A
A
Sazlamalar

Kimya-biologiya təmayüllü liseyin məzunları medalla təltif olunublar

Bakı, 17 avqust, AZƏRTAC

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin məzunlarından 3-ü medala layiq görülüb.
Liseydən AZƏRTAC-a bildirilib ki, məzunlardan Əli Əliyev, Nərgiz Məmmədli və Aydan Xələfli gümüş medalla təltif olunublar.
Təhsil müəssisəsinin məzunları hər il yüksək ballarla respublikamızın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul edilirlər. Bu il liseyin ali məktəblərə qəbul olunan məzunlarından 5-i Türkiyə universitetlərində təhsil alacaq.

Elm və təhsil 2019-08-17 17:08:00