×
A
A
A
Sazlamalar

Mülkiyyətində olan avtomobillə nəqliyyat xidməti göstərən fiziki şəxs sadələşdirilmiş vergiödəyicisidir

Bakı, 17 avqust, AZƏRTAC 

Mülkiyyətində olan avtomobillə hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi nədən ibarətdir? Gəlir vergisi bəyannaməsi verilməlidir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycanda sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ məhdudlaşdırılmayıb.
Qeyd olunan şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilir. Bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verilməsi tələb olunmur.

Maliyyə 2019-08-17 15:53:00