×
A
A
A
Sazlamalar

Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub

Bakı, 17 avqust, AZƏRTAC

Cari ilin yeddi ayında ölkəyə 189 min 302 ton meyvə-tərəvəz idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə idxal edilən meyvə-tərəvəzin dəyəri 113 milyon 60 min dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 95 milyon 979 min dollarlıq 174 min 51 ton meyvə-tərəvəz idxal edilib.

İqtisadiyyat 2019-08-17 15:33:00