×
A
A
A
Sazlamalar

Baramaqurutma məntəqəsinin tikintisi üçün torpaq sahəsi ayrılıb

Zərdab, 17 avqust, AZƏRTAC

Baramaçılığın ənənəvi sahə olduğu və intensiv inkişaf etdiyi Zərdab rayonunda yaş baramanın yığılaraq qurudulması üçün məntəqənin tikintisinə hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məntəqə Çallı kəndində inşa olunacaq və bu məqsədlə 1,4 hektar torpaq sahəsi ayrılıb.
Qeyd edək ki, Zərdabda baramaçılığa maraq ildən-ilə artır. Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı təsərrüfatın bu sahəsinin sürətli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, cari mövsümdə 1750 qutu (33250 qram) ipəkqurdu toxumundan respublika üzrə ən çox - 65 ton 321 kiloqram barama tədarük edilib. Rayonda 2019-cu ildə əldə olunan məhsul ötən ildəkindən 11 ton 441 kiloqram çoxdur. Zərdab baramaçıları bu il Çindən gətirilən ikinci partiya ipəkqurdu toxumundan da bol məhsul götürüblər.

Kənd təsərrüfatı 2019-08-17 10:32:00