×
A
A
A
Sazlamalar

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Bakı, 16 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “Yanğınsöndürmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.
Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Sosial 2019-08-16 21:12:00