×
A
A
A
Sazlamalar

Bu ərazilərdə 2 gün müddətinə qaz təchizatı dayandırılacaq

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-cü kilometrində yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.

 

Sosial 2019-08-16 19:09:00