×
A
A
A
Sazlamalar

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Bakı, 16 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - avqustun 17-18-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin avqustun 17-də səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35°, dağlıq rayonlarda 22-27° isti olacaq.
Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 30-35° isti olacağı ehtimal edilir.
Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 33-38° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Havanın maksimal temperaturunun 34-39° isti olacağı bildirilir.
Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35° isti olacaq.

 

Ekologiya 2019-08-16 18:20:00