×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 19-da Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu” ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 20 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1002.3333 AZN, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gün, tədavül müddəti 23 ildir. “PSG-Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
Fondun ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yer alıb.

Maliyyə 2019-08-16 17:56:00