×
A
A
A
Sazlamalar

Myanma və Banqladeş arakanlı müsəlmanların ölkələrinə qayıtmaları üçün səylərini davam etdirir

Bakı, 16 avqust, AZƏRTAC
Myanma və Banqladeş arakanlı müsəlmanların ölkələrinə qayıtmaları üçün ikinci cəhdə başlayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. Məlumatda deyilir ki, Banqladeş hökuməti 22 min qaçqının adının təsdiqlənməsi üçün Myanmaya göndərib. Myanma hökuməti ilk mərhələdə onların 3500-nün geri qayıda biləcəyini bəyan edib. Banqladeşin Qaçqınlara Yardım və Qayıdış üzrə Komissarı Abul Kalam məlumatı təsdiqləyib.

Dünya 2019-08-16 17:15:00