×
A
A
A
Sazlamalar

UNICEF arakanlı müsəlmanlarla bağlı Myanmaya çağırış edib

Bakı, 16 avqust, AZƏRTAC 

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) iki ildir ki, Banqladeşdəki qaçqın düşərgələrində yaşayan 900 min arakanlı müsəlmanın ölkələrinə dönmələri ilə bağlı Myanmaya çağırış edib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, təşkilatın bununla bağlı hazırladığı hesabatda deyilir: “Arakanlı müsəlmanlar könüllü olaraq Myanmadakı keçmiş icmalarına təhlükəsiz şəkildə və ləyaqətli şəkildə geri dönməli, cəmiyyətin üzvləri olaraq qonşuları ilə sülh və harmoniya içində yaşamalarıdırlar”. Hesabatda, eyni zamanda, beynəlxalq ictimaiyyətin bu ölkəyə dəstək verməsinin vacibliyi vurğulanıb.

Dünya 2019-08-16 16:20:00