×
A
A
A
Sazlamalar

Şəki regional miqrasiya idarəsində “Miqrasiya könüllüləri”nə sertifikat verilib

Bakı, 16 avqust, AZƏRTAC

Şəki regional miqrasiya idarəsində fəaliyyətini uğurla başa vuran on könüllüyə sertifikat təqdim edilib.
Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə son illər ölkədə könüllülük hərəkatının geniş vüsət alması müsbət hal kimi qiymətləndirilib.
Şəki regional miqrasiya idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri İlqar Mehdiyev qeyd edib ki, gənclərin miqrasiya orqanlarında təcrübə keçməsi onların gələcək əmək fəaliyyətində əhəmiyyətli rol oynayacaq.
Könüllülər əsasən, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, olduğu yer üzrə qeydiyyat və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlara yardımçı olublar.
DMX-yə işə qəbulla bağlı keçirilən son müsahibədə bir nəfər - Xəyalə Qafarova Şəki regional miqrasiya idarəsində işə qəbul edilib.

Sosial 2019-08-16 15:29:00