×
A
A
A
Sazlamalar

Samuxda heyvandarlıq məhsullarının istehsalı artıb

Samux, 16 avqust, Rauf Hacıyev, AZƏRTAC

Samuxda bu ilin birinci yarısında rayonun təsərrüfatlarında 23558 baş iribuynuzlu mal-qara, 146286 baş qoyun və keçi olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iribuynuzlu mal-qaranın 747 başı kənd təsərrüfatı müəssisələrində, 23558 başı isə əhali təsərrüfatlarında, qoyun və keçilərin 19013 başı kənd təsərrüfatı müəssisələrində, 146286 başı isə əhali təsərrüfatlarında qeydə alınıb.
İlin birinci yarısında diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 2,4 faiz artaraq 2731 ton, süd istehsalı 12,7 faiz artaraq 14795 ton, yumurta istehsalı 12,5 faiz artaraq 4935 min ədəd, yun istehsalı isə 245 ton olub.
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 43537,5 min manat olub ki, bunun da 21653,7 min manatını və ya 49,7 faizini heyvandarlıq məhsulları təşkil edib.

Kənd təsərrüfatı 2019-08-16 14:55:00