Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Qusarda fermerlərə təlim keçiblər
Bakı, 16 avqust, AZƏRTAC
Qusar rayonunda tərəvəzçiliklə məşğul olan fermer və sahibkarlara “Tərəvəz bitkilərinin xəstəlik və zərərvericiləri ilə mübarizə və pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları”na dair təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssislərinin, bölgə fermerlərinin və sahibkarların iştirak etdiyi tədbirdə AXA-nın Respublika Bitki Mühafizəsi Mərkəzinin şöbə müdiri Allahverdi Mustafayev tərəvəz bitkilərinin, xüsusilə pomidorun əsas xəstəlik və zərərvericiləri ilə mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları, inteqrir mübarizəyə keçidin təməl prinsipləri və yeni innovativ texnologiyaların tətbiqi kimi prioritet mövzular üzrə iştirakçılara məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar tarla şəraitində pomidor sahələrinə baxış keçiriblər. Baxış zamanı xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılması qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində, eləcə də təbii mühitin zəhərli kimyəvi maddələrdən qorunması mövzusunda təlimlər keçirilməsinin vacibliyi bildirilib.
Sonda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb