×
A
A
A
Sazlamalar

“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub

Bakı, 16 avqust, AZƏRTAC 

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş bayram tədbirləri davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yubiley münasibətilə Azərbaycan kino sənətinin canlı əfsanəsi, Xalq artisti, kino¬rejissor Eldar Quliyev “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” adlı sənədli film çəkib. Film Azərbaycan sərhədçilərinin bir əsrlik tarixini əhatə edir.
Dövlət Sərhəd Xidmətinin aparatında sənədli filmin təqdimatı keçirilib.
Zamanında dahi öndər Heydər Əliyevin, hazırda isə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsində əldə olunmuş xidməti nailiyyətlərdən, Azərbaycan sərhədçilərinin gündəlik fədakar xidmətindən bəhs edən sənədli film böyük maraqla izlənilib.
Filmin nümayişindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev kinorejissor Eldar Quliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edib, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

Sosial 2019-08-16 12:03:00