×
A
A
A
Sazlamalar

Bişkek şəhər məhkəməsi Atambayevin avqustun 26-dək həbsdə saxlanması ilə bağlı qərarını dəyişməyib

Bişkek, 16 avqust, АZƏRTAC
Bişkek şəhər məhkəməsinin bu gün keçirilən iclasında Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin avqustun 26-dək həbsdə saxlanması ilə bağlı qərarı qüvvədə saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə eks-prezidentin vəkili Sergey Slesarev məlumat verib.
Almazbek Atambayev dövlət çevrilişi, adam öldürmə, korrupsiya, kütləvi ixtişaşlar törətmək, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur. Ümumiyyətlə, sabiq prezident cinayət məcəlləsinin 12 maddəsi üzrə günahkar hesab olunur.
Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2019-08-16 11:23:00