×
A
A
A
Sazlamalar

Yaponiyada “Korsa” tufanı cövlan edir

Tokio, 16 avqust, AZƏRTAC

Yaponiyanın qərbində cövlan edən “Korsa” tufanının vurduğu ziyan nəticəsində bir nəfər həlak olub, 49 nəfər xəsarət alıb, daha biri itkin düşüb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları mümkün torpaq sürüşmələri, qasırğa, böyük dalğalar və bir sıra rayonlarda çayların daşması barədə xəbərdarlıq yayıblar.
Yaponiya Meteorologiya Agentliyi özü ilə leysan yağışlar gətirən tufanın şimal istiqamətində hərəkət etdiyini bildirir.
Bir sıra rayonlarda yağıntının ümumi səviyyəsi 800 millimetrə çatıb. Avqustun 16-da Sakit okean sahili boyunca geniş ərazilərdə güclü yağışların davam edəcəyi gözlənilir.
Aviaşirkətlər sərnişinlərdən reyslər barədə məlumatları internet vasitəsilə izləməyi xahiş edirlər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-08-16 08:54:00