×
A
A
A
Sazlamalar

Gürcüstandan Rusiyaya şərab ixracı 27 faiz azalıb

Tbilisi, 15 avqust, AZƏRTAC

Cari ilin iyulunda Gürcüstandan Rusiyaya şərab ixracı 2018-ci ilin iyul ayı ilə müqayisədə 27 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, mayda Gürcüstandan Rusiyaya 4,5 milyon şüşə (0,75 litr), iyunda 4,2 milyon şüşə şərab (çaxır) ixrac edilib. İyulda isə Rusiyaya şərab ixracı 3,5 milyon şüşə olub.
Agentliyin məlumatına görə, cari ilin yanvar-iyul aylarında təbii üzüm şərabının ixracı 4 faiz artaraq 47,2 milyon şüşə (0,75 litr) təşkil edib. Bunun da 29,1 milyonu Rusiyanın payına düşür.
Ekspertlərin fikrincə azalma Rusiya tərəfinin Gürcüstan məhsullarına tətbiq etdiyi tələblərin daha da sərtləşməsi ilə əlaqədardır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-08-15 19:01:00