×
A
A
A
Sazlamalar

Bank çek kitabçalarının satışı zamanı alıcılara elektron qaimə-faktura verilməlidirmi?

Bakı, 15 avqust, AZƏRTAC 

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarn 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura təqdim edilmir.
Ümumiyyətlə isə, banklar tərəfindən elektron qaimə-fakturanın təqdim olunmaması yalnız müştərilərin hesabları üzrə göstərilən xidmətlərə aid edilib.
Qeyd olunanlara əsasən, çek kitabçalarının satışı zamanı alıcıya banklar tərəfindən elektron qaimə-faktura təqdim edilməlidir.

Maliyyə 2019-08-15 18:58:00