×
A
A
A
Sazlamalar

Böyük Britaniya Daxili İşlər Nazirliyinə giriş bağlanıb

Bakı, 15 avqust, AZƏRTAC

Qarşısında bir nəfərin bıçaqlanması ilə bağlı insidentin baş verdiyi Böyük Britaniya Daxili İşlər Nazirliyinə giriş bağlanıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, nazir Priti Patel baş vermiş hadisəni “qorxunc” və “dəhşətli” insident adlandırıb.
Günorta saatlarında Daxili İşlər Nazirliyinin yerləşdiyi Marşam küçəsinə polis çağırılıb və binanın qarşısında bir nəfərin bıçaqlandığı məlum olub. Əlində bıçaq olan bir nəfər həbs edilib, yaralanan şəxs isə xəstəxanaya çatdırılıb. Nazirlik binasını əhatəyə alan polislər burada bufer zonası yaradıblar.
Polis CNN-ə bildirib ki, baş vermiş hadisə terror aktı deyil. Nazir Patel bəyan edib ki, onun fikri hadisədə xəsarət alan şəxsin və ailəsinin yanında qalıb.

Dünya 2019-08-15 18:28:00