×
A
A
A
Sazlamalar

Yanvar-iyun aylarında “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 63 faiz artıb

Bakı, 15 avqust, AZƏRTAC

Yanvar-iyun aylarında “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 63 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
O bildirib ki, 2019-cu ilin 6 ayında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub, 131 min ton yük daşınıb. “Şimal-Qərb” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, yanvar-iyun aylarında “Şimal-Qərb” nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub.

Nəqliyyat 2019-08-15 17:09:00