×
A
A
A
Sazlamalar

Sabirabad və Saatlı rayonlarında narkomanlığa qarşı mübarizəyə dair dəyirmi masa təşkil olunub

Bakı, 15 avqust, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Sabirabad və Saatlı rayon icra hakimiyyətləri ilə birgə dəyirmi masa keçirib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, İşçi qrupunun sektor müdiri, rayon icra hakimiyyəti başçılarının müavinləri, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri iştirak ediblər.
Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, “ağ ölüm”ün cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam ruhda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Tədbirlər çərçivəsində şəhər-rayon komissiyalarına metodiki kömək göstərilib və onlar zəruri əyani vəsaitlərlə təmin olunub.

Sosial 2019-08-15 17:04:00