×
A
A
A
Sazlamalar

“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final hazırlıqlarını başa vurublar VİDEO

Bakı, 15 avqust, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tank heyətləri və texniki dəstək qrupu tərəfindən final estafetində istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib.
Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan tankçıları avqustun 17-də keçiriləcək final estafetində birinci divizionda Rusiya, Belarus və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.

 

Ordu 2019-08-15 16:59:00

Video