×
A
A
A
Sazlamalar

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb VİDEO

Bakı, 15 avqust, AZƏRTAC 

Moskva vilayətindəki “Patriot” parkında yerləşən Azarkeşlər klubunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında bir qrup hərbi qulluqçu müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Tank biatlonu” müsabiqəsində ölkəmizi təmsil edən gizir Samir İsgəndərov medalla və “Səhra mətbəxi” müsabiqəsində iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçusu əsgər Sona Həmzəyeva qiymətli hədiyyə ilə təltif olunublar.

Ordu 2019-08-15 13:44:00

Video