×
A
A
A
Sazlamalar

Vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Bakı, 15 avqust, AZƏRTAC

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, 3728 namizəd vakant yer tutub.
Müsabiqənin yekun – müsahibə mərhələsinə avqustun 19-da start veriləcək. Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə mərhələsində namizədlərin peşə səriştələri, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Elm və təhsil 2019-08-15 12:49:00