×
A
A
A
Sazlamalar

Amerikalı tələbə: Bakını çox sevirəm, tezliklə bura qayıtmaq istəyirəm

Bakı, 15 avqust, AZƏRTAC 

On bir ildir fərqli layihələrlə Bakıya gəlirəm. Təəssüratım əladır. Proqram müddətində Şəkidə, Xınalıqda, Qəbələdə, Nic kəndində oldum. Bu proqram çox yaxşıdır. İki ay ərzində Azərbaycan dilində daha çox söz öyrəndim, qrammatikanı başa düşdüm. Türk dili də Azərbaycan dilinə oxşayır, amma bir az fərqlidir. Azərbaycan dili şirin dildir. Bakıda hər kəs elə fikirləşir ki, mən ləzgiyəm. Bakını çox sevirəm, tezliklə bura qayıtmaq istəyirəm.
Azərbaycan Dillər Universitetindən (ADU) AZƏRTAC-a bildirilib ki, bu sözləri “CLS Azərbaycan dili” proqramının iştirakçısı Çelsi Lissette Servantes de Blois deyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azərbaycan dili” proqramına əsasən 5 amerikalı tələbə 8 həftə ərzində Azərbaycan dilini öyrənib. Onlardan biri də Çelsi Lissette Servantes de Bloisdir. O, Minnesota Universitetində Coğrafiya, ətraf mühit və cəmiyyət fakültəsinin doktorantıdır. Onun dissertasiya işi “Azərbaycanda insan və ətraf mühit arasındakı əlaqə” mövzusuna həsr olunub.

Elm və təhsil 2019-08-15 12:37:00