Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Qalatasaray” “Roma”nın futbolçusunu icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb

Bakı, 14 avqust, AZƏRTAC

İstanbulun “Qalatasaray” futbol klubu heyətinə daha bir yeni futbolçu cəlb etmək istəyir.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Roma” komandasının yarımmüdafiəçisi Steven Nzonzini icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb.
Qeyd edək ki, 2018-ci ildən “Roma”da oynayan fransalı futbolçu keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.

İdman 2019-08-14 21:40:00