Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

CBS və “Viacom” birləşmək qərarına gəliblər

Bakı, 14 avqust, AZƏRTAC

ABŞ mediakonqlomeratları - “CBS Corporation” və “Viacom Inc.” birləşmək qərarına gəliblər. AZƏRTAC “Qazeta.Ru”ya istinadla xəbər verir ki, bu barədə məlumat avqustun 13-də açıqlanıb. Yeni şirkət “ViacomCBS Inc.” adlanacaq. Gözlənildiyinə görə, 30 milyard dollar məbləğində əqd bu ilin sonuna qədər bağlanacaq.
“Viacom” və CBS-nin mətbuat üçün birgə məlumatında deyilir ki, yaradılacaq şirkət mükafat kontentinə hədəflənmiş aparıcı qlobal multiplatforma şirkətinə çevrilməlidir. O, dünyanın ən mühüm kontent istehsalçılarından və təchizatçılarından biri ola bilər.
Bu isə o deməkdir ki, konqlomeratlar əyləncə bazarı uğrunda fəal mübarizə aparmaq niyyətindədirlər. Məlumdur ki, hazırda bu sahədə liderlik “Disney”, “Comcast”, “AT&T” və “Netflix”ə məxsusdur.
Birləşmə nəticəsində “Paramount”, CBS telekanalları (o cümlədən CBS Sports və CBS News), MTV, “Nickelodeon”, “Showtime”, “Comedy Central”, “The CW” və “BET”, habelə “Simon & Schuster” bir dam altında fəaliyyət göstərəcəklər. Çox güman, şirkətlərin striminq servisləri – “CBS All Access” və “Pluto TV” də birləşəcəklər. “ViacomCBS” ABŞ telebazarının təqribən 22 faizinə nəzarət edəcək.

Mədəniyyət 2019-08-14 21:12:00