Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Leonardo Di Kaprio hansı roluna görə utandığını açıqlayıb

Bakı, 14 avqust, AZƏRTAC

Amerika aktyoru Leonardo Di Kaprio hansı roluna görə utandığını açıqlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Post” nəşri yazıb.
Di Kaprionun sözlərinə görə, Tobi Maquayr kimi, o da tamaşaçıların “Dons Plam” kafesi” filminə baxmalarını istəməzdi. O, Tobi Maquayr ilə bu filmdə karyerasının əvvəlində çəkilib. Di Kaprio təcrübəsiz olduğuna görə rolunu pis oynayıb.
Aktyor deyib: “Mən bu rol üzərində cəmi bir gecə işləmişəm. Başa düşürsünüzmü, mən kömək etmək istəyirdim”.

Mədəniyyət 2019-08-14 20:10:00