×
A
A
A
Sazlamalar

Neft məhsullarına görə ödənilən yol vergisi

Bakı, 14 avqust, AZƏRTAC 

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycana daxil olan və buradan sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri (qeyri-rezident şəxslər), habelə ölkə ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qanunvericiliyə uyğun olaraq, topdansatış tariflərinə yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər.
Qərarın 2.6-cı bəndinə əsasən, pərakəndə satış tariflərinə aksiz, ƏDV, təchizat tarifləri, eləcə də qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsulları üzrə yol vergisi daxil edilib.
Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən neft məhsullarının alınması zamanı ödənilmiş yol vergisi malın dəyərinə aid edildiyindən, həmin məhsulların təqdim edildiyi hesabat dövrləri üzrə təqdim edilən malların həcminə uyğun olaraq, malın dəyəri kimi gəlirdən çıxılır və mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsində əks etdirilir.

 

Maliyyə 2019-08-14 19:39:00