Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yevlaxda bir tondan çox çətənə kolu məhv edilib

Bakı, 14 avqust, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qoyunbinəsi kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 215 kiloqram olan 2895 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xoltəzəkənd kəndi ərazisində kənd sakini E.Babayevə məxsus torpaq sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 26 ədəd çətənə kolu, yaşadığı evin yardımçı təsərrüfatından isə 80 qram marixuana aşkar edilərək götürülüb.

Hadisə 2019-08-14 19:30:00