Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Səhra mətbəxi” müsabiqəsinin son mərhələsi başa çatıb

Bakı, 14 avqust, AZƏRTAC
Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin son mərhələsi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın son günündə iştirakçı komandalar çörək bişirmək üzrə bacarıqlarını nümayiş etdiriblər.
Beləliklə, “Səhra mətbəxi” müsabiqəsinin ümumi yekunlarına görə hakimlərin qərarına əsasən Rusiya Federasiyası birinci, Belarus ikinci, Qazaxıstan üçüncü, Azərbaycan komandası isə dördüncü yerdə qərarlaşıb.

Ordu 2019-08-14 19:17:00