×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, diskontlu, qısamüddətli istiqrazların emissiya həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 gündür. İstiqrazlar 2020-ci il avqustun 18-də ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Maliyyə 2019-08-14 18:59:00