Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələləri keçirilib

Naxçıvan, 14 avqust, AZƏRTAC

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələlərdə zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb.
Əsas məqsəd zabitlərin əməliyyatı planlama vərdiş və səriştələrinin real tapşırıqlara uyğun təkmilləşdirilməsi, fərdi bacarıq və peşəkarlıq səviyyələrinin artırılması, yeni normativlər üzrə imtahanların qəbulu metodikasının işlənilməsi olub.

Regionlar 2019-08-14 18:13:00