×
A
A
A
Sazlamalar

Altı ayda Mərkəzi Bankda 50 valyuta hərracı keçirilib

Bakı, 14 avqust, AZƏRTAC

İlin birinci yarısında Mərkəzi Bankda 50 valyuta hərracı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda deyilir.
Altı ayda Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib. Valyuta hərracları həftədə iki dəfə keçirilib, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib.

Maliyyə 2019-08-14 17:57:00