Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Atletiko Madrid” “Valensiya”nın hücumçusunu transfer etmək üçün 60 milyon avro ödəyəcək

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

İspaniyanın “Atletiko Madrid” klubu növbəti transferini reallaşdıra bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Valensiya”nın hücumçusu Rodriqo Morenonun transferi üçün razılıq əldə edib.
“Atletiko”nun bu transferə görə 60 milyon avro ödəyəcəyi bildirilir.
Komandasının son məşqini buraxan ispan oyunçunun transferinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

İdman 2019-08-14 17:58:00