Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yaponiyanın qərbinə yaxınlaşan tufana görə sürətli qatarların hərəkət cədvəli dəyişdirilib

Tokio, 14 avqust, AZƏRTAC

Yaponiyanın “JR Nishi Nihon” dəmiryolu operatoru avqustun 14-də “Korsa” tufanının yaxınlaşması ilə əlaqədar ölkənin qərbində “Şinkansen” super ekspresslərinin əksəriyyətinin hərəkət cədvəlində dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, operatorun bildirdiyinə görə Osaka prefekturasının Şin-Osaka stansiyası ilə Fukuoka prefekturasının Kokura stansiyası arasında “Sanyo Şinkansen” xətti boyunca bütün qatarların hərəkəti dayandırılıb.
Eyni zamanda, “JR Tokai” dəmiryolu operatoru bildirib ki, “Tokaydo Şinkansen” xətti ilə Şin-Osaka stansiyasına gələn qatarlar “Sanyo” xətti boyunca hərəkət etməyərək geriyə - Tokioya qayıdacaqlar.
“JR Nishi Nihon” dəmiryolu operatoru, həmçinin Okayama, Hiroşima və Yamaquçi prefekturalarında adi dəmiryolu xətlərində işi tamamilə dayandırıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-08-14 17:54:00