Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə Suriyanın şimalında pilotsuz aparatlardan istifadəyə başlayıb

Ankara, 14 avqust, AZƏRTAC
Türkiyəyə məxsus pilotsuz aparatlar Suriyanın şimalında keçiriləcək antiterror əməliyyatlarına hazırlıq məqsədilə fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu aparatlar Fərat çayının şərqini terrorçulardan təmizləmək məqsədilə Türkiyə və ABŞ hərbçilərindən ibarət yaradılan Birgə Hərəkət Mərkəzinin (BHM) fəaliyyəti üçün kəşfiyyat məlumatları toplayır. Qeyd edək ki, Türkiyə və ABŞ hərbçilərinin yaratdığı BHM Şanlıurfa bölgəsində qurulub.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-08-14 17:52:00