Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cəlilabadda keçmiş məhkumdan üç kiloqramdan çox narkotik vasitə götürülüb

Bakı, 14 avqust, AZƏRTAC 

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səfərlidən 2 kiloqram 25 qram heroin, 100 qram tiryək və 1 kiloqram 101,2 qram metamfetamin götürülüb.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qara Nuru kənd sakini T.Salayevin yaşadığı evin zirzəmisinə baxış zamanı 430 qrama yaxın marixuana aşkarlanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-14 17:45:00