Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bədii gimnastika üzrə Azərbaycan və Bakı çempionatları keçiriləcək

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 29-31-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışlarda Bakı Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, “AyUlduz”, “Ocaq Sport”, “Zabrat” idman, “GymKids” klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, Su İdman Sarayının, Daxili İşlər Nazirliyinin idman məktəbinin, Zirə Mədəniyyət Mərkəzinin yetirmələri, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları müxtəlif yaş kateqoriyalarında mübarizə aparacaqlar.

İdman 2019-08-14 17:33:00