Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1,1 milyard dollar artıb

Bakı, 14 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 6 milyard 663 milyon 519 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 173 milyon 792 min dollar çoxdur.
Ötən yeddi ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 338 milyon 295 min dollar olub.

İqtisadiyyat 2019-08-14 17:27:00