Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gəncə və Ağsuya hər həftə 1500 qaz sayğacı göndərilir

Bakı, 14 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin Gəncə və Ağsu Regional qaz istismarı İdarələrinin xidməti ərazilərində yeni nəsil smart-kart tipli qaz sayğaclarının kütləvi olaraq quraşdırılması işləri davam edir.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, uzun müddət istismarda olan və hazırda istismar müddətini başa vurmuş 115 min 198 ədəd məişət təyinatlı mexaniki və smart-kart tipli qaz sayğacları daha müasirləri ilə əvəz edilir. Bununla əlaqədar olaraq hər regiona həftəlik 1500 “İtron Gallus Pay G-4 NGPP” markalı qaz sayğacı ayrılır. İstismar müddəti bitmiş qaz sayğacları təmənnasız olaraq yenisi ilə əvəzlənir və bu işlərin icrası üçün əməkdaşların çox hissəsi prosesə cəlb edilib. Yeni quraşdırılmış smart-kart tipli qaz sayğaclarının ödəniş kartlarının vətəndaşlar tərəfindən asanlıqla əldə edilməsi üçün “Azəriqaz” İB hər iki regionda rayonlar üzrə səyyar xidmət təşkil edib.

Regionlar 2019-08-14 17:20:00