Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yeddi ayda 9,5 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib

Bakı, 14 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycandan 19 milyon 554 min 245 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.
Yeddi ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 9 milyard 541 milyon 342 min ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, ötən ilin 7 ayında ölkədən 16 milyon 658 min 927 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 8 milyard 676 milyon 292 min dollar təşkil etmişdi.

Neft - qaz 2019-08-14 17:09:00