Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi Xaçmazda

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

Xaçmazda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Federasiyanın və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Milli Məclisin deputatları və digər qonaqlar iştirak edib.
Tədbirdə bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Layihədə iştirak edən uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.
Sonda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Regionlar 2019-08-14 17:06:00