Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

KİV-lər: “Portu” Çempionlar Liqasından çıxdıqdan sonra 44 milyon avro qazanmaq fürsətini əlindən verəcək

Bakı, 14 avqust, AZƏRTAC

Portuqaliyanın “Portu” futbol klubu Çempionlar Liqasındakı mübarizə başa çatdıqdan sonra 44 milyon avro qazanmaq fürsətini əlindən verəcək. “Qazeta.ru” bu barədə “A Bola” nəşrinə istinadla xəbər verir.
“Portu” Çempionlar Liqasının üçüncü təsnifat raundunun iki matçının nəticəsinə görə “Krasnodar”a məğlub olub (1:0, 2:3).
AZƏRTAC xəbər verir ki, klub Avropa Liqasında çıxışlarını davam etdirəcək .
Bu məbləğ qrup mərhələsindəki çıxışlara görə verilən bonuslardan, həmçinin klubun Avropa kuboklarında son 10 il ərzində uğurlu çıxışlarına görə ödənişlərdən toplanır.
Bundan başqa, indi Çempionlar Liqası matçlarının nümayişinin bütün hüquqları Portuqaliyada “Benfika” komandasına keçib. Komanda turnirdə ölkənin yeganə təmsilçisidir. “Portu”nun bundan sonrakı mərhələyə adlayacağı təqdirdə hüquqlar 55-in 45-ə nisbətdə “Benfika”nın xeyrinə bölünəcəkdi. Çünki “Benfika” Portuqaliya çempionudur.
“Portu” sonuncu dəfə Çempionlar Liqasının qrup raundunda 2010/2011-ci illər mövsümündə oynamayıb. Həmin mövsüm komanda Avropa Liqasının qalibi olub. “Portu” Çempionlar Liqasının qalibi adını 2004-cü ildə qazanıb.

İdman 2019-08-14 17:08:00