Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Bakı, 14 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 749 milyon 97 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu rəqəm 2018-ci ilə nisbətən 148 milyon 591 min dollar çoxdur.
2019-ci ilin yeddi ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 823 milyon 900 min dollar olub.

İqtisadiyyat 2019-08-14 16:53:00