Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Masallı güləşçisi Bakıda keçirilən açıq kubok yarışında gümüş medal qazanıb

Masallı, 14 avqust, Bağır Əliyev, AZƏRTAC

Bakı şəhərində keçirilən Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə açıq kubok yarışında Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, 2003-cü il təvəllüdlü Zəfər Əliyev 92 kiloqram çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medala sahib olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Əliyevi yarışa məşqçi-müəllim Təhmasib İsayev hazırlayıb.

Regionlar 2019-08-14 16:51:00