Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtın Nizami rayonunda avtoyuma məntəqəsindən avtomobil qaçırılıb

Bakı, 14 avqust, AZƏRTAC
Paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini M.Menzeleyevə məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən daimi postunda qeyd edilən nəqliyyat vasitəsi saxlanılıb. Onu idarə edən Ucar rayon sakini V.Bağılı avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2019-08-14 16:49:00