Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə keçirilən əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

İstanbul, 14 avqust, AZƏRTAC 

Türkiyənin 29 şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar nəticəsində, ümumilikdə, 18,2 kiloqram narkotik vasitə, habelə 772 ədəd həb və 2631 ədəd çətənə kolu ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində 138 nəfər saxlanılıb. Onların üzərində silah da aşkarlanıb.
Saxlanılanlar aidiyyəti qurumlara təhvil veriliblər. Faktla bağlı təhqiqat davam etdirilir.

 

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbu

Dünya 2019-08-14 16:42:00