Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kyokuşin karate üzrə birincilikdə 6 şəhər və rayondan 76 idmançı iştirak edib

Bərdə, 14 avqust, AZƏRTAC

Bərdə Olimpiya İdman Kompleksində 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş kyokuşin karate üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 6 şəhər və rayondan 76 nəfər idmançı iştirak edib. Tədbirin açılışında çıxış edən Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov Beynəlxalq Gənclər Gününün təsis edilməsindən, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb.
Birincilik yarışın baş hakimi Pərviz Rəsulovun rəhbərliyi ilə 5 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə edilib. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qalib idmançılar müxtəlif dərəcəli diplom və medallarla təltif olunublar.

Regionlar 2019-08-14 16:37:00